Hacıqabulda oğru tutulub - VİDEO

Hacıqabulda oğru tutulub - VİDEO
# 07 mart 2019 02:23 (UTC +04:00)

Oğurluqda şübhəli bilinərək saxlanılan Hacıqabul sakinindən narkotik vasitələr aşkar edilib.

ONA-nın Mil-Muğan bürosunun xəbərinə görə, martın 4-də Hacıqabul rayonunun Rəncbər kəndində yaşayan vətəndaşa məxsus evdən 3 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul şəhər sakini, 1992-ci il təvəllüdlü Əkbərov Famil Aslan oğlu saxlanılıb. Məlum olub ki, F.Əkbərov yaşayış evinə pəncərədən daxil olaraq oradan ümumi dəyəri 3 min manat olan 1ədəd qızıl saat, 3 ədəd qızıl boyunbağ, 2 ədəd qızıl bilərzik və digər qızıl əşyaları oğurlayıb.

Saxlanılaraq polis şöbəsinə gətirilən F.Əkbərovun üzərinə baxış keçirilərkən gödəkcəsinin cibindən kibrit qutusunda marixuana və 7 ədəd 50 ml-lıq tramadol preparatı aşkar edilərək götürülüb. Polis tərəfindən saxlanılana qədər F.Əkbərov oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyaların bir hissəsini satmağa müvəffəq olub.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR