Dağıstanda baş verən yanğın söndürülüb - YENİLƏNİB-1

Dağıstanda baş verən yanğın söndürülüb - YENİLƏNİB-1
# 02 mart 2019 02:50 (UTC +04:00)

Dağıstanın Cumadin rayonunda baş verən yanğın söndürülüb, 16 evə ziyan dəyib.

ONA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə FHN nümayəndəsi açıqlama verib.

“İlkin məlumata görə, yanğın nəticəsində 16 evə ziyan dəyib. Moskva vaxtı ilə 00:35 radələrində yanğın tam söndürüldü”, - deyə FHN-nın məlumatında bildirilib.

Hadisə zamanı ölən olmayıb. Yanğınla mübarizəyə 67 FHN əməkdaşı və 15 ədəd texnika cəlb edilmişdir. Yerli məktəb nəzdində 50 nəfərlik müvəqqəti məskunlaşma məntəqəsi yaradılıb.

00:37

Dağıstanın Cumadin rayonunda baş verən yanğın lokallaşdırılıb.

ONA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı rayon başçısı Ənvərhacı Veçedov verib.

"11 ev yanıb. Yanğın lokallaşdırılıb. Yanğının söndürülməsinə 600 nəfər cəlb olunub", - deyə Veçedov bildirib.

00:16

Dağıstanın Cumadin rayonunda 11 ev yanır.

ONA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı FHN rəsmisi verib.

Yanğının yerli vaxtla saat 21:00 radələrində başladığı bildirilir.

Məlumata görə, xəsarət alan yoxdur. Yanğının söndürülməsi üçün zəruri tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR