Rinkeviçs: "Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanmasını istəyir"

Rinkeviçs: "Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanmasını istəyir"
# 13 fevral 2017 15:37 (UTC +04:00)

"Azərbaycanla Latviya arasında intensiv dialoq aparılır".

APA-nın məlumatına görə, bu sözləri Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib.

Nazir Latviyanın Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanmasını istədiyini bildirib: "Hesab edirik ki, tərəflər arasında münasibətlər strateji əməkdaşlığa əsaslanmalıdır. Biz "Şərq tərəfdaşlığı" çərçivəsində sammitə hazırlaşırıq. Tam əmin deyilik, amma çalışacağıq ki, o sammitə kimi bu sənəd imzalansın. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və nəqliyyat layihələri sahəsində əməkdaşlıqda maraqlıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR