Cəlilabadda sərhəd pozucusundan 6 kq narkotik götürülüb

Cəlilabadda sərhəd pozucusundan 6 kq narkotik götürülüb
# 22 fevral 2019 12:22 (UTC +04:00)

Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, fevralın 21-də birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmuş Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Yaqubov saxlanılıb.

Saxlanılan şəxsin İrandan gətirdiyi narkotik tərkibli vasitələri Kövüzbulaq kəndində yaşayan qohumuna məxsus yardımçı təsərrüfatda gizlətməsi müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən yardımçı təsərrüfatdan çəkisi 4 kiloqram olan heroin və 2 kiloqram olan tiryək aşkar edilərək götürülüb.

Araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR