Mərkəzi Nəbatat Bağında yalnız Azərbaycana məxsus 31 yeni qızılgül sortu yetişdirilib

Mərkəzi Nəbatat Bağında yalnız Azərbaycana məxsus 31 yeni qızılgül sortu yetişdirilib
# 06 aprel 2017 09:54 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağında yalnız Azərbaycana məxsus 31 yeni qızılgül sortu yetişdirilib. AMEA-dan APA-ya verilən xəbərə görə, bağda yetişdirilən “Əsrin müqaviləsi”, “Sarı gəlin”, “Nazpəri” kimi qızılgül sortları artıq dövlət tərəfindən qəbul olunub və aidiyyəti orqanların patentini alıb.
Bundan əlavə, bağda “Şərqin səhəri”, “Ulduzlu Xəzər”, “Köhnə Bakı”, “Qədim Gəncə” kimi sortlar da mövcuddur.
Sortların yetişdirilməsi üçün çarpaz tozlandırma metodundan istifadə olunur və hazırda 800-dən çox hibrid forma üzərində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR