Rövnəq Abdullayev: “İnanıram ki, yığmamız ötənilki uğursuzluğu unutduracaq”

Rövnəq Abdullayev: “İnanıram ki, yığmamız ötənilki uğursuzluğu unutduracaq”
# 04 mart 2019 11:11 (UTC +04:00)

"Bütün işlərimizdə FİFA-nın dəstəyini hiss edirəm. Bizə göstərdiyi etimada görə, UEFA-ya da minnətdarlıq edirəm. Bu etimadı yüksək səviyyədə doğruldacağımıza inanırıq. Başda ölkə başçısı olmaqla, bütün futbol ictimaiyyəti bunun üçün əlindən gələni edir". ONA-nın məlumatına görə, bunu AFFA-nın Hesabat Konfransında qurumun prezidenti Rövnəq Abdullayev deyib.

AFFA rəhbəri klublarımızın növbəti mövsüm avrokuboklarda öz sözlərini deyəcəyini və yaxşı çıxış edəcəyinə inam da ifadə edib: “Milli komandamızı da çətin sınaq gözləyir. Novruz bayramında ilk oyunumuzu Xorvatiyaya qarşı keçirəcəyik. Yığmamıza uğurlar arzulayıram. İnanıram ki, ötənilki uğursuzluğu bizə unutduracaqlar. AVRO-2020-dəki seçmə mərhələdə uğurlu çıxış etməyə çalışmalıyıq. Düşünürəm ki, 2019-cu il bizim üçün uğurlu olacaq və "Birlikdə güclüyük" devizimiz həyata keçəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR