Oğurluqda təqsirləndirilən qadın təcridxanasında uşaq dünyaya gətirib

Oğurluqda təqsirləndirilən qadın təcridxanasında uşaq dünyaya gətirib
# 09 mart 2017 10:23 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xalidə Bəkirova və Gülşən Bəkirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə bildirilib ki, X.Bəkirova 3 gün əvvəl Bakı İstintaq Təcridxanasında uşaq dünyaya gətirib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları körpəni məhkəməyə gətiriblər.

Məhkəmə baxışı martın 15-nə təyin edilib.

Qeyd edək ki, ötən il dekabrında Bakıda mənzillərin birindən 12 min manat dəyərində qızıl zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1993-cü il təvəllüdlü Yevlax rayon sakini Xalidə Bəkirova və Gülşən Bəkirova tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR