Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 25% artıb

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 25% artıb
# 04 aprel 2017 09:03 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı artıb.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 2 ayında Azərbaycan vətəndaşlarının qardaş ölkəyə səfəri 25,5% artmaqla 77 784-dən 80 644 nəfərə çatıb.

Cari ilin yanvar-fevral aylarında MDB ölkələri arasında Azərbaycandan sonra qardaş ölkəyə ən çox turist axını Gürcüstandan olub. Belə ki, qonşu ölkədən Türkiyəyə gedənlərin sayında 6% artım olub. Başqa sözlə, əgər 2015-ci ilin 2 ayında Gürcüstandan Türkiyəyə 214 min nəfər turist gedibsə, bu il bu göstərici 281 451 nəfərə yüksəlib.

Bundan başqa, İrandan Türkiyəyə gedən turist sayında da ciddi artım olub. Bu ilin yanvar-fevral ayında qardaş ölkəyə səfər edənlərin sayı 232 232 nəfər təşkil edib ki, 2015-ci ilin müvafiq dövründə bu göstərici 186 632 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR