Yol qəzasında xəsarət alan şəxs 10 gün sonra xəstəxanada ölüb

Yol qəzasında xəsarət alan şəxs 10 gün sonra xəstəxanada ölüb
# 09 mart 2017 09:35 (UTC +04:00)

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış paytaxt sakini xəstəxanada ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, fevralın 26-da Yasamal rayonunun A. M. Şərifzadə küçəsində Bakı şəhər sakini Sahibxan Mirzəyev idarə etdiyi "Mercedes" markalı avtomobillə paytaxt sakini Cəmilə Hüseynovanı vurub.

Xəstəxanaya yerləşdirilən piyada martın 8-də orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR