Lerikdə çayda batan 24 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB-1

Lerikdə çayda batan 24 yaşlı oğlanın meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB-1
# 20 iyun 2018 12:28 (UTC +04:00)

Lerikdə çayda batan rayon sakini, 1994-ci il təvəllüdlü Ramin İlqar oğlu Həbullayevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

APA-nın cənub bürosunun xəbərinə görə, meyit FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.

Qeyd edək ki, hadisə R. Həbullayev balıq tutmaq istəyərkən ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

FHN-in bununla bağlı yaydığı məlumatda bildirilir ki, bu gün Lənkəran çayının Lerik rayonunun Piran kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Həbibullayev Ramin İlqar oğlunun axtarışları başa çatıb.

R.Həbibullayev cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

13:16

Fövqəladə Hallar Nazirliyi Lerik sakininin göldə batması barədə məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lerik rayonunun Piran kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

***

12:59

Lerikdə gənc oğlan çayda batıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lerikin Piran kəndi ərazisindən keçən çayda baş verib.

Lerik rayon sakini, 1994-cü il təvəllüdlü Ramin İlqar oğlu Həbullayev çayda balıq tutmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb.

Onun meyitini hələlik sudan çıxarmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR