Ucarda avtobus yük maşını ilə toqquşub, xəsarət alan var

Ucarda avtobus yük maşını ilə toqquşub, xəsarət alan var
# 15 fevral 2017 07:36 (UTC +04:00)

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. "İkarus" markalı sərnişin avtobusu ilə "QAZell" markalı yük maşını toqquşub. Nəticəsində "QAZel' in sürücüsü, Ucar rayon sakini, 1976-cı il təvəllüdlü Əli Əlibaba oğlu Qasımov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR