Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
# 14 avqust 2015 16:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış binasında yanğın olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Tələt Şıxəliyev küçəsində qeydə alınıb. Həmin küçədə yerləşən 16 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki mənzillərdən birində meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR