İsmayıllıda “SHACMAN” aşıb, sürücü ağır xəsarət alıb

İsmayıllıda “SHACMAN” aşıb, sürücü ağır xəsarət alıb
# 19 avqust 2015 16:57 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun İvanovka kəndində qeydə alınıb. Ucar rayon sakini 1991-ci il təvəllüdlü Hüseynov Şamo Əzim oğlu 90-JO-836 dövlət nömrə nişanlı “SHACMAN” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən yolun döngəli hissəsində idarəetməni itirib və avtomobil aşıb. Avtomobilin yük yerindəki torpaq yola dağılıb. Bir müddət yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hadisə zamanı sürücü Şamo Hüseynov ağır bədən xəsarətləri alaraq İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR