Nazirlər Kabinetinin şöbə müdiri: “Azərbaycanda vərəm, şəkərli diabet, şiş xəstələrinin sayı xeyli azalıb”

Nazirlər Kabinetinin şöbə müdiri: “Azərbaycanda vərəm, şəkərli diabet, şiş xəstələrinin sayı xeyli azalıb”
# 19 may 2015 07:40 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bu gün ölkədə vərəm, şəkərli diabet, şiş xəstəlikləri sayı xeyli azalıb. Son 10 ildə uşaq ölümləri 10 promil aşağı düşüb. Habelə, son 10 ildə əhalinin orta ömrü 7 ilə qədər artıb”. APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin sosial məsələlər üzrə şöbəsinin müdiri Musa Ələkbərov deyib.

M. Ələkbərov bildirib ki, 1994-cü ildən bu yana dövlət büdcəsindən səhiyyə sisteminə ayrılan vəsait 11 dəfə artıb: “2014-cü ildə 64 tibb müəssisəsi əsaslı təmir olunaraq istifadəyə verilib. Bu tibb müəssisələri ən müasir avadanlıqlarla təchiz olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR