İntiqam Əliyevin apellyasiya şikayəti əsasında məhkəmənin başlama vaxtı məlum olub

İntiqam Əliyevin apellyasiya şikayəti əsasında məhkəmənin başlama vaxtı məlum olub
# 03 iyul 2015 08:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin apellyasiya şikayəti əsasında məhkəmənin başlama vaxtı məlum olub.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, şikayət üzrə məhkəmənin ilkin baxış iclası iyulun 6-da keçiriləcək. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədov sədrlik edəcək.

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ. Əliyev apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR