Cəlilabadda 2000 hektar biçilmiş taxıl sahəsi yanıb

Cəlilabadda 2000 hektar biçilmiş taxıl sahəsi yanıb
# 05 iyul 2015 03:30 (UTC +04:00)

Bakı-APA. Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Moranlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 2000 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb.

Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR