Burundidə hərbi çevrilişin qarşısı alınıb

Burundidə hərbi çevrilişin qarşısı alınıb
# 14 may 2015 11:51 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Burundi ordusuna rəhbərlik edən general Prim Niyonqabo bildirib ki, prezidentə sadiq qüvvələr bütün strateji obyektlərə nəzarət edir.

Burundi prezidenti Pyer Nkurunziza isə sosial şəbəkələr vasitəsi ilə ölkə əhalisinə müraciət edərək vətəndaşları sakitliyə riayət etməyə çağırıb.

Qeyd edək ki, ölkə prezidenti hazırda Tanzaniyada keçirilən Afrika sammitində iştirak edir.

Lakin buna baxmayaraq, Burundi paytaxtının sakinləri şəhərdə atəş səslərinin eşidildiyi bildirirlər. Üsyançıların lideri, general Qodfrua Niyombare isə iddia edir ki, ona sadiq qüvvələr şəhərin böyük hissəsinə nəzarət edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR