“Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklər ediləcək

“Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklər ediləcək
# 14 sentyabr 2017 13:50 (UTC +04:00)

Bu gün Milli Məclisin Səhiyyə Komitəsində “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklərin edilməsi barədə müzakirələr aparılıb.

APA-nın xəbərinə görə, səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, qanuna təklif edilən dəyişikliklər “Elm haqqında” qanuna uyğunlaşdırılacaq. Ə. Əmiraslanov qeyd edib ki, əhalinin sanitariya-epidemioloji salamtlılığının təmin edilməsi sahəsində elmi tədqiqatların qiymətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçiriləcək.

Onun sözlərinə görə, əhalinin sanitariya-epidemioloji salamatlılığının təmin edilməsi sahəsində elmi tədqiqatlar “Elm haqqında” qanununa uyğun şəkildə icra ediləcək.

“Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklər plenar iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR