Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib
# 07 sentyabr 2017 11:49 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya gəlib.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Valeri Gerasimov NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə danışıqlar aparmaq üçün Bakıya səfər edib: "Danışıqlar zamanı beynəlxalq təhlükəsizliyinin aktual məsələlərinə dair müzakirələr aparılacaq".

Məlumatda Gerasimovun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəciməddin Sadıkovla görüşəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR