Ukraynanın Dnepr şəhərində partlayış baş verib

Ukraynanın Dnepr şəhərində partlayış baş verib
# 30 noyabr 2016 20:52 (UTC +04:00)

Ukraynanın Dnepr şəhərinin mərkəzində partlayış baş verib.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, insident nəticəsində zərərçəkən olmayıb.

Hadisə yerinə gələn polis əməkdaşları və operativ-istintaq qrupu partlayışın səbəbini araşdırır. İlkin versiyaya əsasən, naməlum şəxs şəhərin mərkəzində yerləşən ofisə qumbara atıb.

Bundan sonra polisə “Vavilon” ticarət mərkəzinə mina qoyulması barədə zəng daxil olub. Hadisə yerində polis və xilasedicilər işləyir. Təhlükə ilə əlaqədar müvafiq təxliyə tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR