Seymur Həziyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib

Seymur Həziyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib
# 28 iyul 2015 10:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində "Azadlıq" qəzetinin şöbə müdiri, AXCP sədrinin müavini Seymur Həzinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, prosesdə jurnalistin vəkili Adil İsmayılov Seymur Həziyevin təqsirləndirilən şəxslər üçün nəzərdə tutulan dəmir qəfəsdə deyil, vəkillərin yanında əyləşməsi ilə bağlı vəsatət verib.

Vəkil həmçinin, Seymur Həziyevin dalaşdığı Məhərrəm Həsənovun prosesə cəlb edilməsi barədə də vəsatət qaldırıb. Hər iki vəsatət təmin edilib.

Məhkəmə prosesi sentyabrın 22-də davam etdiriləcək.

Xatırladaq ki, Abşeron rayon Polis Şöbəsi və Prokurorluğunun birgə yaydığı məlumata görə, ötən il Ceyranbatan qəsəbəsində Seymur Həziyevlə Bakı şəhər sakini Məhərrəm Həsənov arasında yaranmış mübahisə zamanı xuliqanlıq hərəkətlərinə yol verilməsi faktı ilə bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və S. Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Abşeron Rayon Məhkəməsinin hökmünə əsasən, S. Həziyev 5 il, M. Həsənov 6 ay müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR