Çin 2019-cu ildə müdafiə xərclərini 7,5% artıracaq

Çin 2019-cu ildə müdafiə xərclərini 7,5% artıracaq
# 05 mart 2019 12:37 (UTC +04:00)

Çin höküməti 2019-cu ildə milli müdafiəyə yönələn xərcləri 7,5% artıraraq 1,19 trilyon yuana (177,61 milyard dollar) çatdırmağı planlaşdırır.

ONA xəbər verir ki, bu barədə Ümumçin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyasının açılışında hökumətin işi ilə bağlı yayılan hesabatda bildirilir.

Həsabata əsasən, 2017-ci ildə Çinin hərbi büdcəsi 7% artıb və tarixdə ilk dəfə 1 trilyonu keçərək 1,044 trilyon yuan (151,97 milyard dollar) olub. Ötən il isə Çin Xalq Respublikası milli müdafiəyə yönələn xərcləri 8,1% artıraraq 1,11 trilyon yuana (175% milyard dollara) çatdırmışdı.

Ötən gün keçirilən mətbuat konfransında Ümumçin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyasının nümayəndəsi Çjan Yesuy bildirmişdi ki, hərbi büdcənin artırılması milli təhlükəsizliyin təmin olunması və Çin Silahlı Qüvvələrində islahatlar həyata keçirmək üçün zəruridir: “Bu, digər ölkələr üçün təhlükə kəsb etmir. Çin sülh yolu ilə inkişafın təmin edilməsinə sadiqdir”.

Qeyd edək ki, bir çox beynəlxalq təşkilatlar hesab edir ki, Çin hərbi büdcəyə dair rəqəmləri azaldır və onun real xərcləri 25-50% artıq ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR