"Reuters": Berlində terror törədən şəxs Milanda məhv edilib

"Reuters": Berlində terror törədən şəxs Milanda məhv edilib
# 23 dekabr 2016 10:49 (UTC +04:00)

Dekabrın 19-da Berlində baş verən terror aktının törədilməsində şübhəli bilinən şəxs İtaliyanın Milan şəhərindəki atışma zamanı məhv edilib.

APA-nın məlumatına görə, bu barədə “Reuters” İtaliya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb. Hələlik hadisə barədə təfərrüatlar bəlli deyil.

Qeyd edək ki, dekabrın 19-da Berlində naməlum şəxs tərəfindən idarə olunan yük avtomobili bayram yarmarkasına daxil olub və insanları əzməyə başlayıb. Nəticədə azı 12 nəfər ölüb, 48 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR