Putin və Tramp arasında görüş sabah günün ikinci yarısında baş tutacaq

Putin və Tramp arasında görüş sabah günün ikinci yarısında baş tutacaq
# 06 iyul 2017 20:44 (UTC +04:00)

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında “Böyük İyirmilik” sammiti çərçivəsində görüşü sabah günün ikinci yarısında Hamburqda baş tutacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşün Bakı vaxtı ilə 17.45-də başlayacağı nəzərdə tutulub.

Görüşdə Suriyadakı vəziyyət və Ukraynadakı böhran, habelə Rusiya XİN-in ABŞ-dakı mülkiyyətinin həbsinə dair məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR