“Azercell”in “Paycell” xidmətində texniki nasazlıq baş verib, bəzi nömrələr balansına yanlış əlavələr edib

“Azercell”in “Paycell” xidmətində texniki nasazlıq baş verib, bəzi nömrələr balansına yanlış əlavələr edib
# 10 mart 2019 00:54 (UTC +04:00)

“Azercell Telekom şirkətinin “Paycell” xidməti çərçivəsində baş vermiş texniki nasazlıqdan sui istifadə edən bəzi nömrələrin balansına yanlış vəsaitlərin əlavə edilməsi halları qeydə alınmışdır”.

ONA-nın məlumatına görə, bu barədə “Azərcell Telekom” özünün facebook sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb.

Şirkət bildirib ki, yanlış yükləmələr edilən nömrələrə balansdan çıxılma haqda məlumat təqdim edilərək səhvən yüklənən vəsaitlər həmin nömrələrin balansından silinib.

“Azercell Telekom gələcəkdə bu kimi halların qarşısını almaq üçün lazımi tədbirlər görməklə yanaşı, abunəçilərə hər hansı bir xidmətin istifadə şərtlərinə diqqət yetirməyi tövsiyyə edir” deyə, açıqlamada bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR