Avropa Parlamentinin üzvləri: "Ermənistanın hərbi cinayətləri qorxaqlığın təcəssümüdür"

Avropa Parlamentinin üzvləri: "Ermənistanın hərbi cinayətləri qorxaqlığın təcəssümüdür"
# 07 iyul 2017 01:04 (UTC +04:00)

“Ermənistanın Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi cinayət nəticəsində iki mülki vətəndaş qətlə yetirilib. Biz təxribat qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk və Azərbaycan xalqına dəstəyimizi ifadə edirik".

APA-nın Azərbaycanın Belçika Krallığındakı səfirliyinə istinadən məlumata görə, bu barədə Avropa Parlamentinin deputatları Raşida Dati (Fransa, Avropa Xalqlar Partiyası), İveta Qriqule (Latviya, Avropa naminə Liberallar və Demokratların Alyansı -ALDA) və İvo Vayqlın (Sloveniya, ALDA) cəbhə xəttində baş verən son hadisələrlə əlaqədar birgə bəyanatında bildirilir.

Bəyanatda həmçinin bildirilir:

“İnsan ölümü və zorakılıq hallarına son qoyulmalıdır. Münaqişələrin nizamlanması prosesində yalnız beynəlxalq hüquq normalarına hörmət edilməsinə üstünlük verilməlidir. Zorakılıq həll üsulu kimi seçilməməlidir.

ATƏT-in Minsk Qrupu həmsədrləri hər iki tərəfdən hərbi əməliyyatları dayandırmağa çağırıb və biz ATƏT-i Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc vətəndaşların qorunması baxımından daha dəqiq bir öhdəlik götürməsinə çağırırıq.

Avropa siyasətçiləri olaraq, biz həmçinin Ermənistandan əsassız və qeyri legitim siyasi məqsədlər üçün mülki şəxsləri və girov götürülmüş insanları hədəf kimi istifadə etməyə son qoymağı tələb edirik. Bu nəinki qeyri qanunidir, bu - qorxaqlığın təcəssümüdür”, - deyə bəyanatda deyilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR