Misirdə hotelə hücum zamanı iki turist ölüb

Misirdə hotelə hücum zamanı iki turist ölüb
# 14 iyul 2017 18:13 (UTC +04:00)

Misirin Xurqada kurort şəhərində hoteldə bıçaqla silahlanmış şəxs turistlərə hücum edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Cinayətkar saxlanılıb, onun psixiki xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Hökumət orqanları insidenti terror aktı kimi qiymətləndirmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR