Şəmkirdə fermaya basqın edən dəstənin daha bir cinayətinin üstü açılıb

Şəmkirdə fermaya basqın edən dəstənin daha bir cinayətinin üstü açılıb
# 23 noyabr 2019 13:03 (UTC +04:00)

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş R. Moskalyovun, R. Vəliyevin və O. Sinisinin ətrafında Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların digər bir nəfərlə birgə cari ilin sentyabr ayının 15-dən noyabr ayının 2-dək olan müddətdə Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində Gəncə şəhər sakini N. Əliyevaya məxsus 140 baş qoyunu oğurlamaları da müəyyən edilib.

Qeyd edək ki, bu şəxslər bir neçə gün öncə Şəmkirdə yerləşən fermaya basqın edərək, oradakı gözətçiyə hədə-qorxu gəlib və 8 baş inək oğurlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR