Moskvada yük vaqonunda mina və partlayıcı qurğular tapılıb

Moskvada yük vaqonunda mina və partlayıcı qurğular tapılıb
# 31 oktyabr 2016 11:33 (UTC +04:00)

Rusiya paytaxtında yük vaqonunda mina və partlayıcı qurğular tapılıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Paytaxtın cənub-şərqində yerləşən Çuxlinka dəmir yolu stansiyasındakı yük qatarının vaqonlarının birində partlayıcılar, o cümlədən minalar aşkarlanıb. Stansiyanın yerləşdiyi ərazi mühasirəyə alınıb, hadisə yerinə xüsusi xidmət orqanlarının əməkdaşları çağırılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları stansiyanın yük parkında yerləşən vaqonda yoxlama aparır. Həmin vaqonun dəmir yolundan uzaqda olduğu və qatarların hərəkətinin təhlükəsizliyinə əngəl törətmədiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR