MSK seçkiqabağı təşviqatla bağlı siyasi partiyalara xəbərdarlıq edib

MSK seçkiqabağı təşviqatla bağlı siyasi partiyalara xəbərdarlıq edib
# 02 sentyabr 2015 13:41 (UTC +04:00)

APA-nın məlumatına görə, M. Pənahov bildirib ki, Seçki Məcəlləsinə və Təqvim Planına əsasən seçkiqabağı təşviqatın aparılması oktyabrın 9-da başlanacaq, 31 oktyabr saat 8.00-da dayandırılacaq.

M. Pənahov siyasi partiyaların Təqvim Planında göstərilən müddətdən əvvəl mətbuatda seçki ilə bağlı təşviqat aparmamalı olduğunu, bunun qanun pozuntusu sayıldığını qeyd edib. MSK sədri siyasi partiyaları bu həssas məsələdə ehtiyatlı olmağa, pozuntuya yol verməməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR