Şamaxıda baş verən yol qəzasında sürücü ölüb

  Şamaxıda baş verən yol qəzasında sürücü ölüb
# 22 avqust 2015 11:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şamaxı şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də saat 04 radələrində Şamaxı şəhərində Bakı şəhər sakini Bəhrəm Xankişiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı divara vurub. Xəstəxanaya yerləşdirilmiş B. Xankişiyev orada ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR