Azərbaycanda diplomatik nümayəndəliklərin başçıları, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması proseduru dəyişdirilib

Azərbaycanda diplomatik nümayəndəliklərin başçıları, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması proseduru dəyişdirilib
# 27 avqust 2015 04:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də dəyişikliklər edib.

APA-nın məlumatına görə, indiyə qədər Azərbaycan Respublikası ərazisində daimi yaşayan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınıb.

Azərbaycan Respublikasına 30 gündən az olmayan müddətə gəlmiş əcnəbilərin nəqliyyat vasitələri isə müvafiq olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik korpusunun xidmət orqanları, yaxud xarici vətəndaşları qəbul edən nazirlik və baş idarələrin vasitəçiliyi ilə və ya əcnəbinin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında vəsiqə əsasında qeydiyyata (təkrar qeydiyyata) alınıb və digər qeydiyyat hərəkətləri aparılıb. Dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər üçün qeydiyyatla bağlı prosedur dəyişdirilib. Bundan sonraAzərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınacaq.

Digər dəyişiklik xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri ilə bağlıdır. İndiyə qədər xarici ölkələrin nəşriyyat, radio, televiziya orqanları, banklar, aviaşirkətlər və onların əməkdaşlarının və digər hüquqi şəxslər və onların əməkdaşlarının nəqliyyat vasitələri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik korpusunun xidmət orqanları, yaxud xarici vətəndaşları qəbul edən nazirlik və baş idarələrin vasitəçiliyi ilə və ya əcnəbinin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında vəsiqə əsasında qeydiyyata (təkrar qeydiyyata) alınıb və digər qeydiyyat hərəkətləri aparılıb. Bundan sonra isə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri də Azərbaycanda ümumi əsaslarla qeydiyyata alınacaq. Buna görə də artıq əcnəbilərin, xarici hüquqi şəxslərin və Azərbaycan-xarici ölkə birgə müəssisələrinin nəqliyyat vasitələri üçün sarı rəngdə dövlət qeydiyyat nişanları verilməyəcək. Əcnəbilərin, xarici hüquqi şəxslərin və Azərbaycan-xarici ölkə birgə müəssisələrinin nəqliyyat vasitələri üçün ağ rəngdə dövlət qeydiyyat nişanları veriləcək. Başqa sözlə Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş qaydada açılmış xarici firmalar, banklar, aviaşirkətlər və başqa beynəlxalq təşkilatların, həmçinin Azərbaycan Respublikasında akkreditivləşdirilmiş həmin nümayəndəliklərin əməkdaşlarının və onların ailə üzvlərinin nəqliyyat vasitələrinə "M" seriyası, xarici kütləvi informasiya vasitələri nümayəndəliklərinin, həmin nümayəndəliklərin əməkdaşları və onların ailə üzvlərinin nəqliyyat vasitələrinə “K” seriyası, əcnəbi şəxslərin idarə etdikləri Azərbaycan-xarici ölkə birgə müəssisələrinin, yaxud onların əcnəbi əməkdaşlarının nəqliyyat vasitələrinə; Azərbaycan Respublikasına xidməti, yaxud şəxsi iş üçün, eləcə də oxumağa gəlmiş əcnəbilərin nəqliyyat vasitələrinə; respublikada şəxsiyyət vəsiqəsi ilə daimi yaşayan, yaxud vətəndaşlığı olmayan şəxslərin nəqliyyat vasitələrinə, əcnəbilərə kirayəyə verilən nəqliyyat vasitələrinə “H” seriyası ilə dövlət qeydiyyat nişanları verilməyəcək.

Qərara əsasən diplomatik nümayəndəlik və konsulluqlarına, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlara, habelə onların diplomatik personalı və bu personalın ailə üzvlərinə məxsus nəqliyyat vasitələrinin qeydiyyata alınması proseduru da dəyişdirilib. İndiyə qədər Xarici ölkələrin diplomatik və səfirlik nümayəndəlikləri və onların əməkdaşlarının, beynəlxalq təşkilatlar və onların əməkdaşlarının nəqliyyat vasitələri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik korpusunun xidmət orqanları, yaxud xarici vətəndaşları qəbul edən nazirlik və baş idarələrin vasitəçiliyi ilə və ya əcnəbinin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında vəsiqə əsasında qeydiyyata (təkrar qeydiyyata) alınıb və digər qeydiyyat hərəkətləri aparılıb. Diplomatik nümayəndəliklərin başçılarının xidməti və şəxsi nəqliyyat vasitələrinə “SFR” seriyası, xarici diplomatik (səfirliklər, ticarət nümayəndəlikləri, hərbi attaşe, iqtisadi əlaqələr üzrə məsləhətçilər aparatı, həmçinin diplomatik və konsul nümayəndəliklərinin tərkib hissəsi olan digər bölmələr), yaxud konsul nümayəndəlikləri, səfir ranqına bərabər sayılan digər beynəlxalq təşkilatlar, həmçinin bu nümayəndəliklərin diplomatik səviyyəli (ranqlı) təşkilatlarının əməkdaşlarının və onların ailə üzvlərinin nəqliyyat vasitələrinə “D” seriyası və diplomatik, konsul nümayəndəlikləri və beynəlxalq təşkilatların xahişinə görə nəqliyyat vasitələrinə "T" seriyası ilə dövlət qeydiyyat nişanları verilib. Eyni zamanda diplomatik və konsul nümayəndəliklərinin, digər beynəlxalq təşkilatların inzibati-texniki və xidmət personalının, onların əməkdaşlarının ailə üzvlərinin nəqliyyat vasitələrinə “T” seriyası ilə dövlət qeydiyyat nişanları verilib. Dəyişikliyə əsasən diplomatik nümayəndəliklərin başçılarının xidməti və şəxsi nəqliyyat vasitələrinə “SFR” seriyası verilməsi barədə müddəa Əsasnamədən çıxarılıb. Bundan sonra xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqları, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlar, habelə onların diplomatik personalı və bu personalın ailə üzvləri onlara məxsus xidməti və şəxsi nəqliyyat vasitələrinin qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə qeydiyyat orqanına müraciət edəcəklər. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və “D” seriyası, diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə isə yenə də “T” seriyası üzrə dövlət qeydiyyat nişanı veriləcək. Fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı veriəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR