Azərbaycanlı zəvvarları Həcc ziyarətindən gətirəcək təyyarələrin gecikmə səbəbi məlum olub

Azərbaycanlı zəvvarları Həcc ziyarətindən gətirəcək təyyarələrin gecikmə səbəbi məlum olub
# 12 sentyabr 2017 16:11 (UTC +04:00)

“Azərbaycanlı zəvvarları Səudiyyə Ərəbistanından gətirəcək təyyarənin gecikməsinə səbəb Mədinə hava limanının sıx qrafiklə çalışması olub”.

Bunu “APA-Economics”ə açıqlaması zamanı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin köməkçisi Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənskinin sözlərinə görə, zəvvarlar ölkəyə 3 saat gecikmə ilə gələcəklər.

“Biz oradan çıxmağa hazır idik. Sadəcə hava limanının sıx qrafik ilə çalışması zəvvarların gecikməsinə səbəb olub. Sıxlıq olduğundan AZAL-ın təyyarəsi oradan havaya 3 saat gec qalxıb. Cədvəl üzrə təyyarə 19:10-da Bakıya enəcək”, - deyə P.Kəsəmənski əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR