Azərbaycanda bank sektoru altı ayda 36,3 mln. manat mənfəət əldə edib

Azərbaycanda bank sektoru altı ayda 36,3 mln. manat mənfəət əldə edib
# 25 iyul 2018 13:52 (UTC +04:00)

2018-ci il iyulun 1-nə bank sektorunun mənfəəti 36,3 mln. manat təşkil edib.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu ilin altı ayında bankların faiz gəlirləri 843,3 mln. manat, faiz xərcləri isə 299 mln. manat olub.

Qeyd edək ki, banklar bu ilin yanvar-iyun aylarında kreditlər üzrə faizlərdən 584,3 mln. manat əldə edib.

Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 258,4 mln. manat vəsait xərclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR