Təbrizdə Heydər Əliyevin anım mərasimi keçirilib

Təbrizdə Heydər Əliyevin anım mərasimi keçirilib
# 12 dekabr 2014 07:54 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Təbrizdə Heydər Əliyevin vəfatının 11-ci il dönümü ilə bağlı anım mərasimi keçirib.

Azərbaycanın Təbrizdəki baş konsulluğundan APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən baş konsul Əli Əlizadə Heydər Əliyevin həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib, onun Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında misilsiz xidmətlərinin olduğunu bildirib. O, Heydər Əliyevin Azərbaycanın müstəqilliyi üçün təhlükə yarandığı bir dövrdə xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə gəldiyini, müasir Azərbaycan Respublikasının banisi olduğunu vurğulayıb.

Mərasimdə həmçinin mərhum prezidentin həyat və fəaliyyətindən bəhs edən film və video çarx nümayiş etdirilib, ehsan süfrəsi açılıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Təbriz şəhərinin fərmandarı, Şərqi Azərbaycan vilayətinin rəsmiləri, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri, Türkiyənin Təbrizdəki baş konsulluğunun əməkdaşları və baş konsulu, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları mərasimdə iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR