Poroşenko Putinlə görüşdən sonra Müstəqillik Sarayını tərk edib

Poroşenko Putinlə görüşdən sonra Müstəqillik Sarayını tərk edib
# 26 avqust 2014 23:32 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, üçtərəfli formatda keçirilən danışıqlardan sonra Rusiya və Ukrayna prezidentləri arasında görüş baş tutub.

Görüşün təfərrüatları hələlik açıqlanmır.

Ukrayna nümayəndə heyətindən verilən məlumata görə, Poroşenko Ukrayna mətbuatının nümayəndələri ilə birlikdə ölkənin Minskdəki səfirliyinə yollanıb.

“UNİAN”ın məlumatına görə, prezidentlərin görüşünün detalları hələlik açıqlanmır. Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko danışıqların yekunlarını şərh etməkdən imtina edib və qeyd edib ki, avqustun 27-də danışıqların davam etdirilməyəcək.

“Biz Kiyevə qayıdırıq”, deyə Ukrayna prezidentinin mətbuat katibi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR