“Yapı Kredi Bank Azərbaycan” “Dərnəgül” filialında baş verən yanğınla bağlı məlumat yayıb

“Yapı Kredi Bank Azərbaycan” “Dərnəgül” filialında baş verən yanğınla bağlı məlumat yayıb
# 03 dekabr 2014 10:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. “Yapı Kredi Bank Azərbaycan” “Dərnəgül” filialında baş verən yanğınla bağlı məlumat yayıb.

Bankdan APA-ya verilən məlumatda qeyd olunur ki, bu gün səhər saatlarında “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Ziya Bünyadov prospektində yerləşən “Dərnəgül” filialında yanğın baş verib. Bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və qısa zamanda xidmətin əməkdaşları tərəfindən yanğın söndürülüb.

Yanğın kombi istilik sistemində tüstülənmə səbəbindən baş verib. Yanğın nəticəsində filiala ciddi zərər dəyməyib və xəsarət alan olmayıb.

Filial hazırda tam rejimdə fəaliyyətini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR