DİN sıravi və kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla bağlı müsabiqə elan edib

DİN sıravi və kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla bağlı müsabiqə elan edib
# 10 sentyabr 2014 13:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan 95 sıravi və kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla bağlı müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə yaşı 20 ilə 30 arasında, boyu 180 santimetrdən (qadınlar 170 santimetrdən) hündür, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Məlumatda həmçinin qeyd olunur ki, müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcək.

Xidmətə qəbul olunmaq istəyənlər 2014-cü ilin oktyabr ayının 10-dək Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ərizə ilə müraciət edə bilərlər.

Onlar şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli, hərbi bilet (kişilər üçün) və əmək kitabçalarını da təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR