“Fitch Ratings” gələn il üçün Azərbaycanın bank sektoru üzrə proqnozunu açıqlayıb

“Fitch Ratings” gələn il üçün Azərbaycanın bank sektoru üzrə proqnozunu açıqlayıb
# 12 dekabr 2014 14:12 (UTC +04:00)

Bakı - APA-Economics. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi “MDB və Gürcüstan bankları: 2015-ci ilin proqnozları” hesabatını açıqlayıb.

APA-Economics”in hesabata istinadən xəbər verir ki, gələn ilə Azərbaycanın banklar üzrə proqnozu sabit qalacaq, lakin neft qiymətlərinin daha aşağı düşməsi nəticəsində bu barədə danışmaq bir qədər çətin olacaq.

“Azərbaycan, Belarus və Özbəkistanın bankları üzrə proqnoz artıq aşağı reytinq nəzərə almaqla sabitdir. Eyni zamanda neftin qiyməti daha da ucuzlaşarsa Azərbaycanda və Belarusla Özbəkistanda iqtisadiyyat zəifləyərsə bu barədə danışmaq çətin olacaq”, - deyə sənəddə bildirilir.

Agentlik analitikləri hesab edir ki, 2015-ci ildə bank sistemləri üzrə proqnozlar geosiyasi amillər və neft qiymətləri ilə müəyyən olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR