“AtaBank”ın rəhbərliyində dəyişiklik olub

“AtaBank”ın rəhbərliyində dəyişiklik olub
# 19 noyabr 2014 07:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “AtaBank” ASC-nin səhmdarların ümumi yığıncağının yekdil qərarı ilə İdarə Heyətinin sədri bankın Müşahidə Şurasına təyin olunub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Müşahidə Şurasının qərarı ilə isə “AtaBank”ın İdarə Heyətinin sədr əvəzi vəzifəsinə Etibar Babaşlı təyin olunub.

Etibar Babaşlı 2005-ci ilin aprel ayından bu günə kimi “AtaBank”da İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR