Bakı sakini özünü bıçaqlayaraq intihar edib

Bakı sakini özünü bıçaqlayaraq intihar edib
# 01 oktyabr 2014 10:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda intihar hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 30-da Ramana qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Əliyusif Mövsümov yaşadığı evdə özünə bıçaqla xəsarət yetirib. Ailə üzvləri tərəfindən təcilli xəstəxanaya yerləşdirilmiş Ə.Mövsümov orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR