Bakıda mənzildən 48 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildən 48 yaşlı qadının meyiti tapılıb
# 26 avqust 2014 01:13 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı 1966-cı il təvəllüdlü İsmayılova İradə Əsgər qızının vəfat etdiyi müəyyən edilib. Qeyd olunan şəxsin cəsədi aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR