Azərbaycan Tacikistanda keçiriləcək Beynəlxalq İqtisadi Forumda iştirak edəcək

Azərbaycan Tacikistanda keçiriləcək Beynəlxalq İqtisadi Forumda iştirak edəcək
# 04 oktyabr 2014 10:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Oktyabrın 15-də Düşənbə şəhərində Azərbaycan-Tacikistan Hökümətlərarası Komissiyasının iclası və Beynəlxalq İqtisadi Forum keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı Azərbaycan nümayəndə heyətinin Tacikistana səfəri nəzərdə tutulur.

Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan sahibkarları Tacikistan və digər ölkələrin işgüzar dairələri ilə əlaqələr qurmaq və özlərinə tərəfdaş tapmaq imkanı əldə edəcəklər.

Azərbaycan nümayəndə heyətinin tərkibində iş adamları və sahibkarlar da iştirak edə bilərlər. Beynəlxalq İqtisadi Forumda iştirak etmək istəyən iş adamları və sahibkarlar Azpromo-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR