Bakıda 41 yaşlı kişi dələduzluq üstündə tutulub

Bakıda 41 yaşlı kişi dələduzluq üstündə tutulub
# 20 noyabr 2014 09:03 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakininə qarşı dələduzluq edən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini İlham İbadovun etibarından sui-istifadə edərək 140 manat və 5000 ABŞ dollarını dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ehtiram Məmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR