FHN Bakı Regional Mərkəzi Bakı Ali Neft Məktəbində təlim keçirib - FOTOSESSİYA - VİDEO

FHN Bakı Regional Mərkəzi Bakı Ali Neft Məktəbində təlim keçirib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 16 oktyabr 2014 10:17 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirin nəzəri hissəsini giriş nitqi ilə açan rektor Elmar Qasımov iştirakçıları salamlayaraq bildirib ki, BANM-in, FHN-in və ATGTİ-nın birgə təşkilatçılığı ilə keçirilən təlim kurslarının tələbələrə fövqəladə hallar zamanı davranış qaydalarını aşılamasında, baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınmasında və ya baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında öz töhfəsini verəcək. Həmçinin rektor təhlükəli hadisələr zamanı necə davranılmasında, hansı tədbirlərin görülməsinin öyrənilməsində və tədris saatlarında qəfildən baş verə biləcək hər hansı fövqəladə hadisəsi zamanı mühafizə və təhlükəsizlik qaydaları haqqında məlumatlı olmağın əhəmiyyətini qeyd edib.

Daha sonra Azərbaycanın FHN Bakı Regional Mərkəzinin rəisinin 1-ci müavini, polkovnik Elşən Əliyev hazırladığı təqdimatla çıxış edərək, tələbələrə və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi və digər bu kimi məsələlərlə bağlı peşəkar səviyyədə qaneedici məlumat verib.

Nəzəri və praktik olmaqla iki hissədən ibarət olan tədbir BANM-nin rəhbər və işçi heyəti başda olmaqla, ARDNŞ-ın vitse-prezidenti Xalik Məmmədov, FHN-nin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov, FHN Bakı Regional Mərkəzinin əməkdaşları və rəhbər heyəti, nazirliyin digər 7 qurumunun, eləcə də Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarının, media nümayəndələrinin və tələbələrin iştirakı ilə baş tutub.

Daha sonra BANM-də keçirilən tədbirin praktik hissəsi zamanı FHN-in qurumları, Bakı şəhər təyinatlı digər xidmət və təşkilatların qüvvə və vasitələri, eləcə də BANM-nin müəllim və tələbələrinin iştirakı ilə FHN qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə texnikası, alət və avadanlıqları təlimlərə cəlb olunaraq, taktiki-xüsusi təlim həyata keçirilib.

Hündür mərtəbələrdən xilasetmə, “işgüzar oyun” formatında təşkil edilmiş “partlayıcı qurğunun zərərsizləşdirilməsi”, “zəlzələ zamanı xilasetmə” və “yanğının söndürülməsi” əməliyyatları tələbələr tərəfindən böyük maraqla izlənib.

Tədbirin sonunda BANM-nin rektoru Elmar Qasımov tələbələr üçün keçirilən əhəmiyyətli təlimlərə görə təşkilatçılıqda dəstək göstərənlərə və tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR