Azərbaycanda əhalinin gəlirləri 4,7% artıb

Azərbaycanda əhalinin gəlirləri 4,7% artıb
# 15 avqust 2014 09:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7% artaraq 21 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhalinin gəlirlərinin hər nəfərə düşən həcmi orta hesabla 2 239,1 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,9% bəndi üstələyərək 3,4% olub.

Bu dövr ərzində gəlirlərin 70,3%-i son istehlaka, 9,1%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,0%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan 19,1 mlrd. manatlıq gəlir əvvəlki ildəkinə nisbətən 5,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR