Azərbaycanda 700-ə yaxın vergi ödəyicisinin işi üzrə ibtidai istintaq başlanıb

Azərbaycanda 700-ə yaxın vergi ödəyicisinin işi üzrə ibtidai istintaq başlanıb
# 26 noyabr 2014 11:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4% azalıb, 209 988 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib.

APA-Economics”in məlumatına görə, bunu Vergilər Nazirliyi Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi Tural Quliyev bildirib.

Onun sözlərinə görə, hazırda borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi cəmi 8,4% təşkil edir: “Bu müddət ərzində borclu vergi ödəyicilərinin bank hesablarına sərəncamların qoyulması nəticəsində 2013-cü ildə 22,4 mln. manat, bu ilin ötən dövrü ərzində isə 27,1 mln. manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib”.

T. Quliyev bildirib ki, vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə bu ilin 10 ayı ərzində vergi orqanları tərəfindən əmlakın siyahıya alınması barədə 67 404 sayda qərar açılıb: “Bu qərarlardan 72,6%-i vergi borcu ləğv edildiyi üçün bağlanılıb, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1 mln. 478,7 min manat borc məbləğini əhatə edən 693 məhkəmə qətnaməsi qəbul olunub. Ümumilikdə, əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 52,3 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib”.

İdarə rəisi qeyd edib ki, bu il ərzində vergi ödəyicilərinin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 11 589 vergi ödəyicisinin 12 mln. manatdan çox borcunun dövlət büdcəsinə alınması təmin edilib, 501 vergi ödəyicisi tərəfindən avtonəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərilərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul olunub. Borclu vergi ödəyicilərində vergi borclarının alınması strukturları tərəfindən 10 ay ərzində xronometraj metodu ilə keçirilmiş müşahidələr nəticəsində həmin vergi ödəyicilərinin vergi tutulan dövriyyələrinin az göstərilməsi və dolayısı ilə vergilərin az bəyan edildiyi aşkar olunaraq müvafiq tədbirlər görülüb, nəticədə onların vergi tutulan dövriyyələri 1,8 dəfə artırılıb.

T. Quliyev deyib ki, bu ilin yanvar-oktyabr ayları ərzində vergi orqanları tərəfindən 154 mln. 40,6 min manat məbləğində vergi borcu olan 5 785 vergi ödəyicisi üzrə məhkəmələrə edilmiş müraciətlər əsasında 128 mln. 922,5 min manat məbləğində vergi borcu olan 4 785 vergi ödəyicisi barəsində iddialar təmin edilib: “208 vergi ödəyicisi üzrə isə 809,9 min manat məbləğində vergi borcu ödənildiyi üçün borcun ödənilməsinə dair qərarlar qəbul olunub. Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə bu il ərzində 690 vergi ödəyicisi üzrə 28,9 mln. manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib”.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu vergi ödəyicilərinin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş müvafiq tədbirlərdən danışan idarə rəisi bildirib ki, bu ilin 10 ayı ərzində 1 107 vergi ödəyicisi üzrə 952,7 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib: ”Vergi orqanları tərəfindən 10 ay ərzində 2 261,5 min manat məbləğində vergi borcu olan 2 785 vergi ödəyicisi haqqında tələbin icraya yönəldilməsi barədə müvafiq qərarlar qəbul edilib ki, həmin ödəyicilərdən 1 169-u və ya 42%-i artıq borclarını ödəyiblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR