Bu il II və III ixtisas qrupları üzrə imtahanda maksimum nəticə göstərən abituriyentlərin adları açıqlanıb - FOTO

 Bu il II və III ixtisas qrupları üzrə imtahanda maksimum nəticə göstərən abituriyentlərin adları açıqlanıb - <span style="color: red;">FOTO
# 23 iyul 2014 07:50 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 20-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən yalnız 2 nəfər maksimal nəticə göstərərək 700 bal toplayıb.

II ixtisas qrupunda 700 bal toplayanlardan biri Qədimbəyli Qoşqardır. O, Bakıdakı "Zəkalar" Liseyinin məzunudur.

Digər 700 bal toplayan abituriyent Samir Rzayev isə Bakı Türk Liseyinin məzunudur.

Qeyd edək ki, iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR