Bakıda I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir - FOTOSESSİYA - VİDEO

Bakıda I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2014 13:27 (UTC +04:00)

APA-nın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə keçirilən sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət, o cümlədən 19 ölkədən 22 rəsmi nümayəndə heyəti iştirak edir.

Sərginin təşkilati tərəfdaşları “İteca Caspian” və “Caspian Event Organisers” şirkətləridir. Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirir. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belorus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənir. Sərginin platin sponsoru Niderland Krallığının “Damen Shipyards Group” gəmiqayırma şirkətdir. Sərginin qızıl sponsoru qismində isə Türkiyənin “Roketsan” şirkəti çıxış edir.

Tədbirə 200 artıq hərbi ekspert, mütəxəssis və şirkət nümayəndələri qatılıb. Azərbaycan özünün müdafiə sənayesi müəssisələrində istehsal edilən 168 adda məmulat nümayiş etdirir.

Sərgidə Türkiyə və İsrail müdafiə nazirləri, Belarus, Koreya, Qətər və Malayziya nazir müavinləri səviyyəsində təmsil olunur. ABŞ, Fransa və digər Qərb dövlətlərinin şirkətləri də sərgidə iştirak edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR