“Atrabank” aktivlərini 16% artırıb

“Atrabank” aktivlərini 16% artırıb
# 17 noyabr 2014 14:17 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin III rübündə “Atrabank” ASC-nin aktivlərinin həcmi 68,305 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,71% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,33% azalaraq 41,375 mln. manat olub.

2014-cü ilin oktyabr ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 14,269 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin eyni dövrünə olan göstəriciyə nisbətən 13,29% azdır.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 21,70% artaraq 11,137 mln. manat olub və bu məbləğ kredit portfelinin 26,92%-ni təşkil edir .

Bankın depozit portfeli hesabat dövrü ərzində 18,79% azalaraq 16,618 mln. manat olub.

Bir il ərzində bankın məcmu kapitalı 80,91% artaraq 21,298 mln. manata çatıb, nizamnamə kapitalı isə 95,93% artaraq 20 mln. 424,80 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 23,91% azalaraq 4,430 mln. manat, xərcləri isə 17,92% azalaraq 4,425 mln. manata çatıb.

Bu ilin 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 4 790 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 13 filialı, 12 bankomatı, 59 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR